Xəbər lenti

Asim Xudiyevə yeni təyinat verildi
İdman 11:25 06.08.2024

Asim Xudiyevə yeni təyinat verildi

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

Qaynarinfo AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək CFR (Rumıniya) - "Makkabi” (Petah Tikva, İsrail) görüşünün hakim-inspektoru olacaq.

Macarıstanlı baş hakim Tamaş Boqnarın idarə edəcəyi qarşılaşma Kluj-Napoka şəhərində yerləşən "CFR Kluj” stadionunda reallaşacaq.

Qeyd edək ki, görüş avqustun 15-də təşkil olunacaq.


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->