Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Rəşad Həsənov deyib.
Ekspert qeyd edib ki, bu prosesdə əsas məqsəd yaşıl siyasətlərin dəstəklənməsi üçün əlavə maliyyə mənbələrinin formalaşdırılmasıdır:
"Mərkəzi Bankın inkişaf strategiyasında, dayanıqlı maliyə alətlərinin yaradılması istiqamətində hədəflər müəyyən edib. Bununla bağlı hazırda proses gedir. Bütövlükdə götürəndə bu proses bir-biri ilə əlaqəlidir. Bir tərəfdən istiqrazlar emissiya olunur, vəsaitlər cəlb olunur. İstiqrazlar həm maliyyə institutları, həm eyni zamanda fondlar, yaxud da gələcəkdə şirkətlər tərəfindən emissiya oluna bilər. Paralel olaraq bu cəlb edilmiş vəsaitlər "yaşıl siyasət”lərin, o cümlədən ətraf mühütin dəstəklənməsi, alternativ enerji mənbələrinin inkişaf etdirilməsi, tullantıların idarə edilməsi və təkrar emal iqtisadiyyatının formalaşması, suyun təkrar istifadəsi, ətraf mühitün çirkləndirilməsinin qarşısının alınması, yaşıl nəqliyyat infrastrukturunun formalaşması kimi layihələrin icrası çoxlu sayda bu məqsədlərlə istifadə olunacaq vəsaitlərdir”.
Rəşad Həsənov hesab edir ki, burada daha aşağı fazili dəstək məqsədli vəsaitlərin prosesə yönəldilməsi əsas hədəflərdəndir:
"Çünku proses kifayət qədər xərclidir. Əgər dövlətin bu istiqamətdə məqsədi irəliyə doğru inkişafı təmin etməkdirsə, digər tərəfdən biznesin prosesdə iştirakı çox vacibdir. Çünki transformasiya prosesi daha çox biznesdən qaynaqlanacaq. Amma biznesin də bu istiqamətdə xərclərinin çox olmasından, marağının aşağı olması kimi bir təzad ortaya çıxır”.
Ekspert vurğulayıb ki, hökumətlərin siyasətləri məhz bu təzadın, yəni maneənin aradan qaldırılmasına yönəlib:
"Nəticədə də daha aşağı faizlərin prosesə cəlb ediməsi yolu ilə biznesin nisbətən aktiv iştirakçılığı təmin edilsin”.
Qeyd edək ki, Mərkəzi Bankının sədri Taleh Kazımov Bakıda "Yaşıl maliyyə və dayanıqlı inkişaf" mövzusunda keçirilən forumda "yaşıl" istiqrazların buraxılışı ilə bağlı qanunvericilik bazası Azərbaycan hökumətinin təsdiqi mərhələsində olduğunu bildirib.
Bahar Rüstəmli
Şərhlər