Xəbər lenti

Araz Ağalarovdan yeni açıqlama:
Dünya 11:43 25.03.2024

Araz Ağalarovdan yeni açıqlama: "Davam edəcək"

"Crocus Group"un prezidenti Araz Ağalarov bildirib ki, şirkət Rusiyada bina və digər obyektlərin tikintisi üzrə fəaliyyətini davam etdirmək niyyətindədir. 

Qaynarinfo xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Terrorçuların məqsədi məhv etməkdir. Bizim missiyamız yaradıcılıqdır. Terror qurbanlarını yad edərək, işimizi davam etdirəcəyik", deyə Araz Ağalarov bildirib.

O vurğulayıb ki, şirkət faciənin nəticələrinin öhdəsindən gələcək, insanlara və ölkəyə xidmət edən obyektlər yaratmağa davam edəcək.

Bundan əvvəl məlum olub ki, terror aktının baş verdiyi "Crocus City Hall"ın bərpası planlaşdırılıb. Bu barədə Krasnoqorskdakı konsert zalının sahibi olan "Crocus International"ın mətbuat xidməti məlumat yayıb.

Martın 22-də Moskva "Crocus City Hall" konsert zalında terror aktı baş verib. Hadisə nəticəsində 137 nəfər ölüb, 180 nəfər yaralanıb.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->