Xəbər lenti

Antarktidada yeni temperatur rekordun gözlənilir
Dünya 17:35 17.08.2024

Antarktidada yeni temperatur rekordun gözlənilir

Antarktidada yeni temperatur rekordu qlobal dəyişikliklərin göstəricisidir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "RİA Novosti"yə Təbiət və İnsanlar Fondunun iqlim məsələləri üzrə eksperti Aleksey Kokorin bildirib.

Avqustun 6-da Mərkəzi Antarktidada yerləşən "Vostok" stansiyasında temperatur -34,2°C-yə yüksəlib və bu, qış dövrü üçün rekord göstərici olub.

İqlimşünas bu xəbəri tamamilə gözlənilən adlandırıb. Onun sözlərinə görə, rekordlar qırılmaqda davam edəcək. Ekspertin fikrincə, Antarktidada orta temperaturun -34°C və ya -35°C olacağı gözlənilir, çünki bu, təhlükəli patoloji hadisələrin və hər şeydən əvvəl istilik dalğalarının tezliyinin və gücünün nə qədər artdığının göstəricisidir.

Kokorin vurğulayıb ki, Antarktida üçün hətta -34°C istilik dalğası hesab edilir. O əlavə edib ki, istilik dalğaları uzanır və daha tez-tez baş verir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->