Xəbər lenti

Antarktidada piramida var? - Alimlərdən cavab
Dünya 22:14 04.02.2024

Antarktidada piramida var? - Alimlərdən cavab

ABŞ-ın Kaliforniya Universitetinin geoloqları Antarktida dağlarında piramidanın olmasını təkzib ediblər. Onların fikrincə, bu, piramida formalı dağdır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "LiveScience" xəbər portalı məlumat yayıb.

Daha əvvəl mediada Antarktidadakı peyk şəkillərinin Ellsvort dağ silsiləsində yerləşən mənşəyi naməlum piramidaşəkilli fiqurların aşkar edildiyi barədə məlumatlar yayılmışdı.

Alimlərin fikrincə, 1935-ci ildə kəşf edilən bu dağ silsilənin zirvələrindən biridir. Dağın qeyri-adi forması eroziya nəticəsində yaranıb - buzlar əriyəndə su dağlardakı çatları doldurur, donduqda isə buza çevrilir ki, bu da dağdakı çatları genişləndirir. Proses milyonlarla il ərzində çox sayda dəfə təkrarlanır və tədricən qayalar piramidal forma alır.

"Bu, adi bir dağdır. Yer üzündəki bir çox dağlar piramidalara bənzəyir, lakin onların adətən iki və ya üç tərəfi olur. Bu vəziyyətdə olduğu kimi is daha az rast gəlinir, lakin qeyri-adi deyil", deyə alimlər qeyd edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->