Xəbər lenti

Antarktida qlobal istiləşmə səbəbindən sürətlə yaşıllaşır - Yeni araşdırma (FOTO)
Dünya 23:55 04.10.2024

Antarktida qlobal istiləşmə səbəbindən sürətlə yaşıllaşır - Yeni araşdırma (FOTO)

Qlobal istiləşmə ilə əlaqədar Antarktida yarımadası - Antarktidanın ən şimal hissəsi kəskin dəyişikliklərə məruz qalır və tədricən yaşıl mənzərəyə çevrilir. 

Qaynarinfo xəbər verir ki, bu barədə bir qrup britaniyalı alim tərəfindən "Nature Geoscience" jurnalında dərc edilmiş yeni elmi hesabatda deyilir.

Peyk landşaft məlumatlarının təhlili göstərir ki, son dörd onillikdə Antarktika yarımadasında bitki örtüyü kəskin şəkildə on dəfə artıb. Əgər 1986-cı ildə bitki örtüyü yarımadanın bir kvadrat kilometrindən azını əhatə edirdisə, 2021-ci ildə demək olar 12 kvadrat kilometr artıq yaşıl olub.



"Bu yaşıllaşdırma tendensiyası son illərdə (2016-2021) tam tədqiqat dövrü ilə (1986-2021) müqayisədə 30%-dən çox sürətlənib - bu müddət ərzində ildə 400 000 kvadratmetrdən çox genişlənib", deyə tədqiqatçılar bildiriblər.

Alimlərin fikrincə, indiyə qədər söhbət daha çox Yer kürəsində ən sərt şəraitdə yaşaya bilən mamırlardan gedir. Lakin bu bölgədə onun yayılma tempi son illərdə kəskin surətdə sürətlənib.



Alimlər proqnozlaşdırırlar ki, Antarktidanın yaşıllaşması çox güman iqlim isindikcə davam edəcək və tezliklə burada digər bitki növləri də kök sala bilər. Nəhayət, Antarktika yarımadasında invaziv növlərin yaranması üçün potensial yaradacaq bir torpaq təbəqəsi yarana bilər.

"Antarktidada torpaq əsasən yoxsuldur və ya mövcud deyil, lakin bitki həyatının bu böyüməsi üzvi maddələr əlavə edəcək və torpaq əmələ gəlməsini asanlaşdıracaq, potensial olaraq digər bitkilərin böyüməsinə yol açacaq", deyə Hertfordshire Universitetindən Ollie Bartlett bildirib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->