Xəbər lenti

Annalena Berbokun babası qatı nasist tərəfdarı olub (FOTO)
Dünya 13:31 09.02.2024

Annalena Berbokun babası qatı nasist tərəfdarı olub (FOTO)

Almaniyanın xarici işlər naziri Annalena Berbokun babası Vehrmaxt zabiti və nasizmin qızğın tərəfdarı olub. 

Qaynarinfo xəbər verir ki, bunu dosyeni araşdıran "Bild" aşkarlayıb.

Berbokun özü babasının ölümündən xəbərsiz olduğunu iddia edir.

"Annalena Berbok anım tədbirlərində babası Valdemar (1913-2016) və onun hərbi həyatından öyrəndiyi dərslər haqqında danışmağı sevir. Xarici işlər nazirinin babası Vehrmaxt dosyesində görünür", deyə məqalədə qeyd edilir.

Nəşrin məlumatına görə, Valdemar Berbok II Dünya müharibəsi zamanı zenit silahlarının təmiri bölməsində mühəndis vəzifəsində çalışıb. Dosyedə polkovnik Berbokun sadəcə bir zabit deyil, həm də nasizmin qızğın tərəfdarı olması ilə bağlı qiymətləndirmə var.

Sənəddə sözün əsl mənasında Almaniya Xarici İşlər Nazirliyi rəhbərinin babasının "şərtsiz nasional-sosialist" olduğu, Hitlerin "Mein Kampf" kitabını oxuduğu və "tamamilə nasional-sosializm əsasında dayandığı" deyilir. Bundan əlavə, 1944-cü ildə Berbok qılınclarla nasistlərin Hərbi Xidmətə görə Xaçı ilə təltif edilib.

Aydın
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->