Xəbər lenti

Ankara və Moskva əməkdaşlığı nə vəd edir? (ŞƏRH)
Dünya 18:50 13.06.2024

Ankara və Moskva əməkdaşlığı nə vəd edir? (ŞƏRH)

"Azərbaycan və Ermənistan məsələsində mövzulara aid strateji xətlər bəllidir. Hakan Fidanın Rusiyaya səfəri çərçivəsində sadəcə olaraq, onların icrası praktikası müzakirə olunub". 

Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Türkiyə XİN rəhbəri Hakan Fidanın Rusiyaya səfəri və müzakirə etdiyi msəələləri şərh edərkən deyib.

Tofiq Zülfüqarov bildirib ki, Türkiyə-Rusiya münasibətlərində geniş gündəm məsələlər müzakirə olunur:

"Rusiyaya səfər Hakan Fidanın Çin və ABŞ-a olan səfərlərindən sonra reallaşıb. Burada müzakirə olunan mövzular göstərir ki, Ankara Moskva ilə geniş siyahıda olan mövzuları müzakirə edib. Suriya barəsində hansısa fikir səsləndirmək çətindir. Çünki Suriyaya aid onlar arasında Almatı razılaşması var. Onun əsasında da fəaliyyət göstərirlər. Ukrayna məsələsi də bəllidir. Bu məsələdə Ankaranın mövqeyi Qərbin mövqeyindən bir qədər fərqlənir".



Politoloq qeyd edib ki, Türkiyənin əsas mövqeyi Ukrayna məsələsində müvəqqəti də olsa hansısa atəşkəsə nail olmaq və danışıqları davam etdirməkdən ibarətdir:

"Türkiyə yeganə ölkədir ki, həm Qərb, həm də Rusiya ilə geniş və dərin münasibətlərə malikdir. Azərbaycan və Ermənistan məsələsində İrəvanın "dostları" ona məsləhət görür ki, eskalasiyanı artırsın. Türkiyə tərəfindən isə İrəvana buna görə xəbərdarlıq var. Bu məsələdə Rusiya-Türkiyə  kordinasiyası vacib mövzudur. Sülhməramlılar və Türkiyə-Rusiya monitorinq komitəsi öz missiyalarını bitirəndən sonra gündəmdə hansı məsələlərin olması da tərəflərin müzakirə predmeti ola bilər. Belə nəticəyə gəlmək olar ki, mövzulara aid strateji xətlər bəllidir. Sadəcə olaraq, onların icrası praktikası müzakirə olunub".

Qeyd edək ki, bazar ertəsi Rusiyaya səfərə gələn Türkiyənin xarici işlər naziri Hakan Fidan həmin gün Moskvada Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin ilə görüşüb. Həmçinin, Fidanın Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə də danışıqlar apardığı bildirilir. Məlumata görə, görüşlərdə Ukraynada nizamlanma, Qəzza zolağında, Suriyada vəziyyət və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması üzrə danışıqlar müzakirə olunub. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->