Xəbər lenti

“Anası bizi şərləmək istədi” - Dubayda saxlanılan azərbaycanlılar (VİDEO)
Ölkə 16:53 30.01.2024

“Anası bizi şərləmək istədi” - Dubayda saxlanılan azərbaycanlılar (VİDEO)

Xəbər verdiyimiz kimi, Dubayda iki Azərbaycan vətəndaşı qaradərili uşaqla icazəsiz şəkil çəkdirdiyi üçün saxlanılıb.

Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) turist kimi gedən azərbaycanlılar dekabrın 11-dən ökəyə qayıda bilmirlər.

Dubayda saxlanılan Emin Cəlilov və Mehman Pənahov hadisənin təfərrüatlarını Baku TV-yə danışıblar.

"Uşağın anası bizə şər ataraq təzminat almaq istədi. Lakin burada təzminatlıq bir şey yoxdur. Emin uşaqla şəkil çəkdirərək "Tovuza salam”göndərməyini istəyib. Daha sonra biz onlardan ünvan soruşduq, onlar bizi polis məntəqəsinə apardı”, - Mehman Pənahov deyib. 

M.Pənahov, həmçinin əlavə edib ki, onlar polis məntəqəsində 2 gün nəzarətdə qalıblar: "Bizi 2 gün orada saxladılar və sənədlərimizə stop qoyuldu. Oradan çıxdıqdan sonra artıq 48-ci gündür hoteldə qalırıq”.

Daha ətraflı videomaterialda:

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->