Xəbər lenti

Amerikalı general:
Dünya 18:42 28.08.2024

Amerikalı general: "İran İsrailin diplomatik missiyalarına hücum edə bilər"

İran HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə cavab tədbiri olaraq İsrailin diplomatik missiyalarına hücum edə bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) keçmiş rəhbəri, istefada olan general Kennet Makkenzi "The New York Times"a (NYT) danışıb.

Onun fikrincə, İsrail səfirlikləri xarici təsirlərdən zəif qorunur. Bu, onları asan hədəflər edir.

Nəşr onu da qeyd edib ki, İran hökuməti Qəzza zolağında saziş üzrə danışıqlara görə öz cavabını gecikdirir. Qəzetin yazdığına görə, Tehran bu proses başa çatdıqdan sonra hücuma keçə bilər.

Yaxın Şərqdə vəziyyətin gərginləşməsi İsmayl Haniyənin Tehranda qaldığı iqamətgaha hücumdan sonra başlayıb. Binanın İsrail raketi ilə vurulduğu iddia edilir. Haniyə ölkənin yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün İranda olub.

HƏMAS hadisəyə görə İsraili günahlandırır. İsrail də öz növbəsində rəsmi olaraq məsuliyyəti qəbul etməyib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->