7Çin prezidenti Si Szinpin Ukraynadakı müharibədən narahat olub.
Qaynarinfo "Financial Times" qəzetinə istinadla bildirir ki, bu barədə Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Bill Börns
deyib.
Börns bildirib ki, Rusiyanın Ukraynadakı müharibəsinin 10-11-ci həftəsinin acı təcrübəsi Çin hakimiyyəti üçün sürpriz olub və bu onun Tayvanla bağlı hesablamarına təsir göstərə bilər.
"Bu bizi təccübləndirir ki, Si Szinpin Rusiyanın Ukraynaya qarşı təcüvüzünün qəddarlığı ilə asosasiya olunmağın Çin üçün reputasiya zərbəsi ilə nəticələnə biləcəyindən narahat olub. Həmçinin o müharibənin yaratdığı qeyri-müəyyənlikdən narahatdır ",- Bil Börns deyib.
Bill Börns bildirir ki, Çin Rusiyanın elədiklərinin Avropa və Amerikanı yaxınlaşdırdığından qorxur. Onlar diqqətlə bundan Tayvan məsələsində necə dərs çıxara biləcəklərinə baxırlar.
"Mən heç bir dəqiqə də olsun fikirləşmirəm ki, bu Sinin zamanla Tayvanı nəzarət altına almaq qətiyyətini azaldıb, ancaq bununla belə bu onların hesablamalarına təsir edir",- Börns deyib.
O, Putin Rusiyasının təhdidinin də real olduğunu bildirərək, uzun vədədə Amerikanın ölkə kimi üzləşdiyi ən böyük təhdidin Çin olduğunu bildirib.
Nurlan Hüseynov
Şərhlər