Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Vətən müharibəsi şəhidləri ilə bağlı məqalələrin vikipediyadan silinməsinə dair məlumata münasibət bildirib.
Qurumdan Qaynarinfo-ya verilən açıqlamada bildirilir:
"Vətən müharibəsi şəhidləri ilə bağlı vikipediyada yaradılan məqalələrin silinməsində Azərbaycan Milli Elmlər Akademiyasında fəaliyyət göstərən könüllü qrupların heç bir əlaqəsi yoxdur.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizlə bağlı məqalələrin silinməsini düzgün olmayan səhv addım kimi qeyd edir və buna təəssüfləndiyimizi bildiririk”.
Şərhlər