Xəbər lenti

AMB
Ekonomiks 11:59 09.09.2024

AMB "Bank of Baku"nun vəzifəli şəxsini cərimələdi - Pozuntuya yol verib

"Bank of Baku”nun vəzifəli şəxsi məlumatların təqdim edilməsi ilə bağlı pozuntuya yol verib.

Qaynarinfo bu barədə Mərkəzi Banka istinadən xəbər verir. 

Məlumata görə, Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində "Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 35.4-cü maddəsinin, "Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması faktı qeydə alınıb. Başqa sözlə, məlumatlar həmin qanunlarda müəyyən olunmuş qaydada təqdim edilməyib, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməyib.

İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq "Bank of Baku” ASC-nin vəzifəli şəxsi 1 500 manat məbləğində cərimə edilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->