Kaliforniya Texnologiya İnstitutunun amerikalı alimləri məşhur müğənni Teylor Sviftin 2023-cü ilin avqustunda Los-Ancelesdə verdiyi konsertin seysmik nəticələrini araşdırıblar. Onlar belə nəticəyə gəliblər ki, SoFi Stadionundakı 70.000 insan izdihamı gücünə görə kiçik zəlzələ ilə müqayisə edilə bilən yer titrəyişləri yaradır.
Qaynarinfo xəbər verir ki, Ttədqiqat "Seismological Research Letters" (SRL) elmi jurnalında dərc olunub.
Mütəxəssislər şou zamanı zəmin silkələnməsini təhlil edərək belə qənaətə gəliblər ki, ritmik titrəyişlərin xarakteri əsasında müğənninin fərdi kompozisiyalarını deşifrə edə bilərlər.
Əvvəlki araşdırmalar göstərib ki, "konsert tremoru" 1 ilə 10 herts arasında dar diapazonlu harmonik tezlik zirvələri ilə uzunmüddətli siqnallar kimi qeydə alına bilər. Bu tip aşağı tezlikli siqnal həm təbii, həm də süni mənbələrdən gələn harmonik vibrasiyaları təmsil edir.
Elm adamları Teylor Sviftin hər mahnısının özünəməxsus siqnalı olduğunu aşkar edib. Komanda spektroqramlardan müğənninin 45 əsərindən 43-nü müəyyən edə bilib.
Onlar həmçinin hər mahnının radiasiya enerjisini hesablayıblar və bu rəqəmi zəlzələnin yerli gücü ilə şərh ediblər. Seysmik cəhətdən ən aktiv trek orta maqnitudası 0,851 olan "Shake It Off" olub və konsert zamanı maksimum enerji 2 bal gücündə zəlzələyə ekvivalent olub.
Seysmoloqlar pop ulduzun konsertində zəmin silkələnməsinin "Metallica" rok qrupunun eyni məkanda çıxış etdiyi vaxtdan qat-qat güclü olduğunu qeyd ediblər. Alimlər izah ediblər ki, "Metallica" daha ağır musiqi ifa etsə də, onun pərəstişkarlarının Teylor Svift pərəstişkarları ilə müqayisədə dodaq sinxronizasiyası ehtimalı daha azdır.
Aydın
Şərhlər