Xəbər lenti

Alimlər Arktikada nəhəng
Dünya 22:43 16.08.2024

Alimlər Arktikada nəhəng "civə bombası" təhlükəsi barədə xəbərdarlıq etdi

Kaliforniya Universitetinin amerikalı alimləri Arktikanın əbədi buzlaqlarında civə ehtiyatlarını qiymətləndiriblər. Onların fikrincə, buzlaqların tərkibində saxlanılan zəhərli metalın miqdarı Yer kürəsinin qalan torpaqlarında, okeanlarda, atmosferdə və biosferdə birləşən miqdarından artıqdır. 

Qaynarinfo xəbər verir ki, tədqiqat "Environmental Research Letters" (ERL) elmi jurnalında dərc olunub.

Arktika iqlim dəyişikliyi səbəbindən qlobal orta göstəricidən dörd dəfə daha sürətli istiləşdikcə, minilliklər boyu daimi donmuş ərazidə saxlanılan civə çaylara və ətraf mühitə yuyulur.

Zəhərli maddənin həm ətraf mühitə, həm də Arktika zonasında yaşayan 5 milyon insanın sağlamlığına təhlükə yaratdığı təxmin edilir. Bunlardan 3 milyondan çoxu 2050-ci ilə qədər əbədi donun tamamilə yox olacağı ehtimal edilən ərazilərdə yaşayır.

Komanda Alyaskanın iki bölgəsində üç metrlik əbədi dondan götürülmüş torpaq nümunələrini analiz edib. Onlar çöküntülərdəki civə səviyyələrinin əvvəlki tədqiqatlarda tapılan daha yüksək hesablamalara uyğun olduğunu müəyyən ediblər. Bu, nümunələrin civə səviyyəsinin etibarlı göstəricisini təmin etdiyini və əbədi donun gizli təhlükələri haqqında əlavə məlumat verdiyini təsdiqləyir.

Tədqiqatçılar ümid edirlər ki, onların hazırladıqları hesablamalar onlara Arktika "civə bombası"nın miqyasını daha dəqiq qiymətləndirməyə və sonra onu zərərsizləşdirməyin yolunu tapmağa kömək edəcək.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->