Madaqaskarda tapılan mağara rəsmləri adanın Qədim Misir və Asiyanın Borneo adası ilə əlaqələrini göstərir.
Qaynarinfo xəbər veir ki, bu barədə "The Conversation"a tapıntının müəlliflərindən biri məlumat verib.
Beynəlxalq alimlər qrupu Madaqaskarda aşkar edilmiş qayaüstü təsviri olan mağaranın xəritəsini çəkib. Bir neçə il ərzində onlar qara boya ilə boyanmış 72 qayaüstü sənət obyektini tədqiq ediblər. Şəkillərə 16 heyvan, 6 insan, 2 insan-heyvan hibrid forması, 2 həndəsi dizayn, 16 M formalı simvol və müxtəlif digər dizaynlar və qeyri-səlis formalar daxildir.
8 rəsm Misirlə əlaqələri göstərir. Bunlara şahin başı ilə tanrı Horusun, ibis başı ilə tanrı Thothun və başında lələk olan tanrıça Maatın təsviri daxildir. Boyanmış iki fiqur qədim Misir tanrısı olan it başlı Anubisə bənzəyir.
Divarlardakı "M"ə bənzər simvolların və digər qraffitilərin təhlili onların qədim Amhar əlifbasının "ha" kimi tələffüz olunan hərfinə uyğun ola biləcəyini göstərir. Bu o deməkdir ki, Madaqaskarın Efiopiya və Afro-Ərəb dünyası ilə əlaqələri ola bilər. Eyni simvol 2 min il əvvələ aid Borneo qaya sənətində də görünür ki, bu da Madaqaskar və Borneo arasındakı əlaqəni göstərir.
Bundan əlavə, rəsmlərdə Madaqaskarın əsrlər əvvəl nəsli kəsilmiş heyvanları təsvir edilə bilər: nəhəng lemur, fil quşları (rocs) və nəhəng tısbağa.
Elm adamları tapılan rəsmlərin təxminən 2 min il yaşı olduğunu. Yəni Kleopatra ilə eyni yaşda və ya daha da yaşlı olduğunu irəli sürürlər. Ancaq hələlik, tarixçilər məlumat çatışmazlığını nəzərə alaraq yalnız ehtimal edə bilərlər.
Madaqaskarın xalqının, dilinin və mədəniyyətinin bir-birindən minlərlə kilometr məsafədə olmasına baxmayaraq, Borneo adasının mədəniyyətindən qaynaqlandığına çoxdan inanılır. Yeni araşdırma bunu təsdiqləyir və Madaqaskarda yaşayan Malaqas xalqının mədəniyyətində Afrika və Asiya təsirinin əlamətlərini izah edir.
Aydın
Şərhlər