Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan milyonçu qohumunu Parisə səfər edəcək parlament nümayəndə heyətinə daxil etmək üçün onu parlamentdə işə düzəldib.
Qaynarinfo xəbərverir ki, bu barədə "Joqovurd” qəzeti yazır və qeyd edir ki, hadisə 2021-ci ildə baş verib. Söhbət spikerin oğlunun xaç atası Edqar Avakyandan gedir. Avakyan "Pallada Tsakhkadzor” otelinin, həmçinin "Freenews” telekanalının sahibidir, onun da direktoru öz növbəsində spikerin həyat yoldaşı Mariam Markaryandır.
Nəşrin məlumatına görə, Avakyan 2021-ci ilin noyabrından 2022-ci ilin yanvarına kimi MA-nın protokol şöbəsinin pasport şöbəsində kiçik mütəxəssis kimi qeydiyyatdan keçib və bu barədə məlumat parlamentin əməkdaşları tərəfindən qəzetə rəsmi şəkildə təsdiqlənib. Bu rütbəli işçilər heç vaxt xarici səfərlərdə iştirak etmirlər.
Nəşr Simonyanın həyat yoldaşının biznes fəaliyyəti haqqında da yazır. Məlum olub ki, Markaryan telekanalda işləməkdən əlavə, konsertlər təşkil edən və müxtəlif estrada ifaçıları ilə əməkdaşlıq edən FMF Group şirkətinin sahibidir.
Alpər
Şərhlər