Xəbər lenti

Ailənin tək övladı imiş, əsgər getməyə hazırlaşırmış (FOTO)
Ölkə 10:51 07.10.2024

Ailənin tək övladı imiş, əsgər getməyə hazırlaşırmış (FOTO)

Ötən gün Lənkəran-Boradigah-Masallı magistralında, rayonun Şağlaser kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Qaynarinfo-nun məlumatına görə, 2006-cı il təvəllüdlü Amil Ehtiram oğlu Sadıqov aldığı vədən xəsarətləri nəticəsində hadisə yerində həak olub. 

2003-cü il təvəllüdlü Ruslan Fikrət oğlu Rəsulov, 2006-cı il təvəllüdlü Qurbanəli Ətafil oğlu Salayev, 2005-ci il təvəllüdlü Elvin Əbdül oğlu Əliyev və 2006-cı il təvəllüdlü Əbdül Tapdıq oğlu Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.

Qəza zamanı dünyasını dəyişən Amil Sadıqov ailənin tək övladı olub. Mərhum bu ilin yanvar ayında hərbi xidmətə yola düşəcəkmiş.

Hadisə zamanı xəsarət alanların da hazırda Lənkəran Rayon Mərkəzi Xəstəxanasında müalicələri davam edir. 

Aydın
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->