Xəbər lenti

Şahzadə oğlu sevgilisinə hücum etdi, saxlanıldı
Dünya 21:43 12.08.2024

Şahzadə oğlu sevgilisinə hücum etdi, saxlanıldı

Norveçin vəliəhd şahzadəsi Mette-Maritin oğlu Marius Borq Hoibinin Oslodakı mənzillərindən birində 20-30 yaşlarında olan qadına hücum etdiyi iddia edilir.

Qaynarinfo xəbər verir ki, Marius mənzildən çıxandan sonra qadın polisə müraciət edib. Hadisə yerinə gələn polislər mənzilə dəymiş ziyanı qeyd edib, həmçinin divara sancılmış bıçaq aşkar müəyyənləşdiriblər.

Mariusla münasibətdə olduğu bildirilən qadın beyin silkələnməsi ilə xəstəxanaya aparılıb. Qurbanın onun hazırkı sevgilisi Rebekka Helberq-Arntsen olub-olmadığı hələlik məlum deyil.

Marius təcridxanada 30 saat təkadamlıq kamerada saxlandıqdan sonra həbsdən buraxılıb. O, hücum və cinayət törətməkdə ittiham olunub. 

Mənzildəki bıçaq müsadirə edilib və bu işdə mühüm sübut ola bilər. TV2 iddia edir ki, Marius özü onu divara sancıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->