"Crocus Group” holdinqi "Crocus City Hall”da baş verən terror aktından sonra özəl mühafizə şirkətini əvəz edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat
yayıb.
Açıq məlumatlara görə, terror aktı zamanı "Crocus City Hall” "Crocus Profi” özəl mühafizə şirkətinin himayəsində olub. Lakin bir ay sonra mühafizə təşkilatının lisenziyası ləğv edilib. Hazırda "Crocus Group”un obyektləri "Avangard” özəl mühafizə şirkəti tərəfindən qorunur.
"VEGAS Crocus City” ticarət mərkəzinin əməkdaşı RİA Novosti-yə bildirib ki, "Crocus Profi” şirkətinin bütün mühafizəçiləri "Avanqard”a keçirilib.
Onun sözlərinə görə, yeni özəl mühafizə şirkətinin mühafizəsinə Kaşirskoye şossesində və "Crocus City” yaxınlığında yerləşən "VEGAS Kaşirskoye” ticarət mərkəzi və "Tvoy Dom” hipermarketləri daxildir. O, əlavə edib ki, "Avanqard” özəl mühafizə şirkətinə keçənlərin maaşları artırılıb, iş şəraiti yaxşılaşdırılıb.
"BIR-Analyst”in məlumatına görə, Moskvada və regionda "Avanqard” adlı bir neçə özəl mühafizə şirkəti qeydiyyatdan keçib və onlardan birinin təsisçisi "Crocus Profi” şirkətinin təsisçisi olan şəxsdir.
Nizami Bağırov
Şərhlər