Xəbər lenti

ADA Universitetinin nümayəndə heyəti Mərkəzin fəaliyyəti ilə tanış oldu (FOTO)
Foto 14:16 09.09.2023

ADA Universitetinin nümayəndə heyəti Mərkəzin fəaliyyəti ilə tanış oldu (FOTO)

Azərbaycan Diplomatik Akademiyasının (ADA) rektoru Hafiz Paşayev, Kənd Təsərrüfatı Nazirliyi Aparatının rəbəri Azad Cəfərli, Nazirliyin "Elm, təhsil və insan resursları” şöbəsinin müdiri İlham Süleymanov, Bolonya Universitetinin "Kənd təsərrüfatı və qida elmləri” fakültəsinin professoru Matteo Vittuari Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) səfər ediblər. 

Nümayəndə heyəti əvvəlcə Universitetin inzibati binası ilə tanış olub, burada sərgilənən eksponatlara baxış keçirib. ADAU-nun rektoru Zəfər Qurbanov qonaqlara universitetin tarixi barədə ətraflı məlumat verib.

Sonra ADAU-nun Aqronomluq tədris korpusunda yerləşən müasir laboratoriyalar ilə tanışlıq olub. Bildirilib ki, universitetdə zəngin maddi texniki baza, o cümlədən müasir tədris avadanlıqları ilə təchiz edilmiş auditoriyalar və laboratoriyalar fəaliyyət göstərir. Burada alimlər yüksək ixtisaslı kənd təsərrüfatı mütəxəssislərinin hazırlığı ilə yanaşı, kənd təsərrüfatı elminin inkişafına da dəyərli töhfələr verirlər. İkitərəfli görüşdə universitet rəhbərliyi tərəfindən ADAU-nun fəaliyyət istiqamətləri, ali təhsil müəssisəsinin maddi-texniki bazası, əldə olunan nailiyyətlər və ikili diplom proqramları haqqında məlumatlar verilib. Görüş zamanı qarşılıqlı əməkdaşlıq perspektivləri, müəllim-tələbə mübadiləsi, ADAU ilə ADA Universiteti arasında birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.

Səfər çərçivəsində nümayəndə heyəti Heyvandarlıq Elmi-Tədqiqat İnstitutuna (HETİ) baş çəkib. İnstitutun fəaliyyət istiqaməti, aparılan elmi-tədqiqat işləri və qarşıda duran əsas hədəflər barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib. Nümayəndə heyəti və Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun kollektivi arasında əməkdaşlıqla bağlı geniş tərkibli görüş keçirilib. Görüşdə ADA Universiteti, Bolonya Universiteti və HETİ-nin iştirakı ilə gələcəkdə birgə layihələrin icrası imkanları nəzərdən keçirilib. 

Səfər iştirakçıları Respublika Süni Mayalanma Mərkəzinin fəaliyyəti ilə də tanış olub. Mərkəzin fəaliyyəti barədə fikir mübadiləsi aparılıb, tədqiqatların nəticələrinin təcrübədə tətbiqi məsələləri müzakirə olunub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->