Xəbər lenti

ABŞ texnologiya nəhəngləri süni intellekt sahəsində təhlükəsizliyə zəmanət verəcək
Dünya 14:17 22.07.2023

ABŞ texnologiya nəhəngləri süni intellekt sahəsində təhlükəsizliyə zəmanət verəcək

ABŞ prezidenti Co Bayden "Amazon", "Google", "Meta" və "Microsoft" daxil olmaqla bir sıra ən böyük texnologiya şirkətlərinin Ağ Evin vasitəçiliyi ilə inkişaf etdirilən süni intellekt (AI) sahəsində təhlükəsizlik tədbirləri görəcəyini öhdəsinə götürdüyünü bildirib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Amerikanın Səsi” məlumat yayıb.

Baydenin sözlərinə görə, bu öhdəliklər yeni texnologiya ilə bağlı nəhəng imkanların və risklərin idarə olunması istiqamətində mühüm addımdır.

7 Amerika şirkətinin üzərinə götürdüyü könüllü öhdəliklər süni intellekt məhsullarının təhlükəsizliyini onlar buraxılmamışdan əvvəl də təmin etməlidir.

Bəzi öhdəliklərə kommersiya süni intellekt sistemlərinə nəzarət daxildir, lakin texnologiyanı kimin yoxlayacağını dəqiqləşdirməyib.

"Bu öhdəliklər perspektivli addımdır, lakin qarşıda hələ çoxlu birgə iş var", deyə Ağ Evin rəhbəri bildirib.

İnsanlar tərəfindən yaradılanlardan praktiki olaraq fərqlənməyən mətnlər, şəkillər və digər media məlumatlarını yaratmağa qadir olan generativ süni intellekt sistemləri bir çox insanı həyəcanlandırır. Bununla belə, eyni zamanda, onların insanları çaşdırmaq və dezinformasiya yaymaq qabiliyyətindən də narahatlıq var.

4 texnoloji nəhəng, həmçinin ChatGPT çatbotunun yaradıcısı "OpenAI" və "Anthropic" və "Inflection" startapları bioloji və kibertəhlükəsizlik də daxil olmaqla əsas risklərdən qorunmaq üçün müstəqil ekspertlər də daxil olmaqla sınaqdan keçirməyi öhdələrinə götürüblər.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->