ABŞ Senatı Ukrayna, İsrail və Tayvana 95,2 milyard dollarlıq yardım paketini təsdiqləyib. Bunlardan 60 milyard dollardan çoxu Ukrayna üçün nəzərdə tutulub.
Qaynarinfo xəbər verir ki, bu barədə iclasın efirindən məlum olub. Qanunvericilər səs çoxluğu ilə paketi təsdiq ediblər. Beləliklə, 79 senator "lehinə”, 18 senator "əleyhinə” səs verib.
Növbəti addım bu sənədin imzalanması üçün ABŞ prezidenti Co Baydenə verilməsi olmalıdır.
ABŞ prezidenti Co Bayden bu həftə Kiyevə silah tədarükünü bərpa etmək üçün Ukrayna, İsrail və Tayvana yardım sənədlər paketini aprelin 24-də imzalayacaq.
Alpər
Şərhlər