Kiçik Robert Kennedi ABŞ prezidentliyinə ən populyar müstəqil namizəd olub.
Qaynarinfo xəbər verir ki, bu barədə jurnalist Harri Enten CNN üçün hazırladığı məqaləsində son sorğu məlumatlarına istinadən yazıb.
Entenin sözlərinə görə, kiçik Kennedinin 2024-cü il prezident seçkilərinin nəticələrinə təsir etmək üçün əla şansı var. O, artıq hakim partiyalardan olmayan namizədlər arasında görünməmiş dəstək alıb.
Quinnipiac Universitetinin sorğusuna əsasən, Kennedinin qeydə alınmış seçicilər arasında artıq 22% səsi var.
"Çox güman ki, bir il ərzində demokrat Co Bayden və ya respublikaçı Donald Tramp seçiləcək. Lakin indiki sorğulara məhəl qoymamaq axmaqlıq olar: müstəqil kiçik Robert Kennedi hər hansı müstəqil və ya üçüncü tərəf namizədindən daha çox səs toplayır", deyə jurnalist qeyd edib.
Aydın
Şərhlər