ABŞ dövlət katibi Entoni Blinken Ukraynanın xarici işlər naziri Dmitri Kulebaya zəng edərək Kaxovka Su Elektrik Stansiyasının dağıdılması nəticəsində zərərçəkənlərə kömək etməyi təklif edib.
Qaynarinfo xəbər verir ki, bunu Dövlət Departamentinin sözçüsü Metyu Miller jurnalistlərə
bildirib.
Miller vurğulayıb ki, dövlət katibi "Kaxovka bəndinin bu yaxınlarda uçması nəticəsində zərər çəkmiş minlərlə ukraynalı üçün narahatlığını ifadə edib və ABŞ-ın zərər çəkənlərə davamlı dəstəyini təklif edib”. Bundan əlavə, Blinken və Kuleba Ukraynadakı münaqişə ətrafında vəziyyəti və sonuncunun Afrikaya səfərini müzakirə ediblər.
Xatırladaq ki, Kaxovka Su Elektrik Stansiyası iyunun 6-da dağılıb. Bir sıra şəhər və qəsəbələr demək olar ki, tamamilə su altında qalıb. Xerson vilayətində fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Moskva və Kiyev bir-birini su elektrik bəndini dağıtmaqda ittiham edir. Rusiya İstintaq Komitəsi terror aktı ilə bağlı, Ukrayna Baş Prokurorluğu isə gekosid maddələri ilə iş açıb.
Alpər
Şərhlər