Xəbər lenti

ABŞ-ın Təl-Əvivdəki səfirliyi yaxınlığında PUA partladı - Ölən var
Dünya 12:37 19.07.2024

ABŞ-ın Təl-Əvivdəki səfirliyi yaxınlığında PUA partladı - Ölən var

Cümə günü, iyulun 19-da Təl-Əvivdə, ABŞ səfirliyinin yaxınlığında pilotsuz uçuş aparatı partlayıb. 

Qaynarinfo "The Times of Israel”ə istinadən xəbər verir ki, hücum nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb.

İsrail Hərbi Hava Qüvvələrinin (IAF) ilkin araşdırmalarına görə, üzərində partlayıcı qurğu olan pilotsuz uçuş aparatı müəyyən edilib, lakin insan səhvi ucbatından hava hücumundan müdafiə sistemi işə salınmayıb. PUA-nın uçuşu zamanı hava hücumu siqnalı da səslənməyib.

Yerli vaxtla saat 03.12-də (Bakı vaxtı ilə saat 04.12) uzaq mənzilli pilotsuz uçuş aparatı Tel-Əvivdə yaşayış binasına çırpılıb. PUA-nın mənşəyi hələ də araşdırılır.

IAF-ın məlumatına görə, PUA cənub istiqamətindən, ehtimal ki, Yəməndən gəlib. Baxmayaraq ki, İraq və ya Suriya kimi digər buraxılış məntəqələri istisna edilməyib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->