Xəbər lenti

ABŞ-ın 20 ildir axtardığı şəxs Meksika polisində işə düzəlibmiş
Dünya 19:20 16.08.2024

ABŞ-ın 20 ildir axtardığı şəxs Meksika polisində işə düzəlibmiş

ABŞ səlahiyyətliləri tərəfindən axtarılan şəxs Meksika polisində işə düzəlib.

Qaynarinfo bu barədə "Oddity Central"a istinadən xəbər verir. 

2004-cü ilin dekabrında Antonio Riano barda bir kişi ilə mübahisə edib və tapança ilə ona atəş açıb. Bundan sonra o, qaçıb və federal axtarışlara baxmayaraq, tutulmayıb. 20 ildən sonra dedektivlərdən biri qaçağın sosial şəbəkələrinə rast gələnə qədər onun axtarışını dayandırılıb.

"Mən düşündüm ki, "Aman Allahım, o budur!" Bir az boz, bir az yaşlı, amma o idi", deyə polis bildirib.

Məlum olub ki, Antonion özü polisdə, amma Meksikada işə düzəlib. Zabitlər tezliklə meksikalı həmkarları ilə əlaqə saxlayaraq, Rianonu saxlayaraq ABŞ-a deportasiya etməyi xahiş ediblər. Bundan sonra həmin şəxs işdən çıxarılaraq, Amerika hüquq-mühafizə orqanlarına təhvil verilib.

Meksikada niyə polis əməkdaşı olduğunu soruşduqda Riano cəmiyyətə fayda vermək istədiyini bildirib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->