Xəbər lenti

AAYDA-nın səhlənkarlığı qəzaya səbəb oldu - Məhkəmə qərar verdi
Ekonomiks 12:37 18.04.2024

AAYDA-nın səhlənkarlığı qəzaya səbəb oldu - Məhkəmə qərar verdi

Xırdalan-Saray avtomobil yolunda yol nişanı qoyulmadığından avtomobili yarğana düşərək qəza keçirən sürücü "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyini məhkəmədə udub. 

Qaynarinfo-nun məlumatına görə, Zamin Şabanov (ad-soyad şərti) gecə saat 22:05 radələrində "Lada Vesta" markalı minik avtomobili ilə Xırdalan-Saray avtomobil yolunda 70-80 km/saat surətlə hərəkət edərəkən qəzaya düşüb. 

Sürücü hadisə zamanı Xırdalan istiqamətində hərəkətdə olarkən qəfildən görüb ki, yolun hərəkət hissəsi qazılıb, yarğan əmələ gəlib. O, dərhal tormozlama əməliyyatı aparsa da, qazıntı işlərini həyata keçirən "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin əməkdaşları tərəfindən yol nişanı qoyulmadığından avtomobili yarğana düşüb və ciddi zədələnib. Avtomobilinin qabaq farası sınıb, buferi əzilərək yararsız hala düşüb, təkəri cırılıb və radiatoru da əzilərək deşilib. Ümumilikdə onun avtomobilinə 1300 manatdan artıq zərər dəyib.

Zamin qeyd edilən yol-nəqliyyat hadisəsində təqsirinin olmaması sübut olunmaqla "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin işə laqeyd münasibəti, səhlənkarlığı ucbatından dəyən zərərin müəyyənləşdirildiyini deyib. Lakin AAYDA ona dəyən zərəri ödəmir. 

Məhkəmə Agentlikdən 1236 manat məbləğində maddi ziyanın tutularaq, iddiaçıya verilməsi barədə qərar qəbul edib.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->