Xəbər lenti

550 qadın cinsi təcavüz iddialarına görə Uberi məhkəməyə verdi
Dünya 22:07 14.07.2022

550 qadın cinsi təcavüz iddialarına görə Uberi məhkəməyə verdi

ABŞ-da taksi sürücülərinin təcavüzünə məruz qaldığını deyən 550 qadın Uberi məhkəməyə verib.
 
Bu barədə Qaynarinfo BBC saytına istinadla xəbər verir.

Müraciətdə qadın sərnişinlərin "oğurlandığı, cinsi təcavüzə və cinsi zorakılığa məruz qaldığı, zorlandığı, qeyri qanuni saxlanıldığı, təqib edildiyi və ya Uber sürücüləri tərəfindən başqa cür hücumlara məruz qaldığı" iddiaları yer alır.

Uber sözçüsü BBC-yə deyib: "Seksual təcavüz dəhşətli cinayətdir və biz hər bir belə xəbəri ciddi qəbul edirik. Təhlükəsizlikdən daha vacib bir şey yoxdur, buna görə Uber yeni təhlükəsizlik mexanizmləri inkişaf etdirib və böyük hadisələrlə bağlı daha şəffaf fəaliyyət göstərir. Yeni məhkəmə prosesi ilə bağlı şərh verə bilməsək də, işimizin mərkəzində yer tutan təhlükəsizliyi qorumağa davam edəcəyik”,- sözçü deyib.

Vəkillər bildirib ki, ən azı daha 150 potensial iş "aktiv şəkildə araşdırılır".

Keçən ay Uber, 2020-ci ildə 141 zorlama hesabatı da daxil olmaqla 998 cinsi təcavüz hadisəsi olduğunu göstərən ikinci ABŞ Təhlükəsizlik Hesabatını yayımlayıb.
Hesabatda şirkət 2019 və 2020-ci illər arasında cinsi təcavüzün beş ən ağır kateqoriyası ilə bağlı ümumi 3824 hesabat aldığını bildirib.

Bildirilir ki, şirkət Uber sürücülərinin qadınlara cinsi təcavüz etdiyini qəsdən gizlədib. Uber həmişə onun səfərlərinin təhlükəsiz olduğunu deyib, amma əslində şirkət problem olduğunu bilirdi.

Həmçinin o da bildirilir ki, şirkət öz sürücülərinin lazımi qaydada yoxlamasını aparmayıb.

Nurlan Hüseynov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->