Xəbər lenti

300 minlik mənzil dələduzluğu ilə bağlı məhkəmə
Ekonomiks 17:26 01.04.2024

300 minlik mənzil dələduzluğu ilə bağlı məhkəmə

Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) tikdiyi yaşayış binalarından mənzil almaq istəyən bir qrup vətəndaşa qarşı dələduzluq əməində təqsirləndirilən Mahir Rəsulovun cinayət işli üzrə ibtidai istintaq başa çatıb. 

Qaynarinfo xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Məhkəmə istintaqı hakim Novruz Kərimovun sədrliyi ilə aparılacaq. 

Mahir Rəsulov Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilir. 
İş üzrə 38 nəfər zərərçəkmiş qismində tanınıb. Dəymiş zərərin məbləği 300 min manata yaxındır. 

Zərəçəkənlər bildirib ki, Mahir Rəsulov onları aldatdıqdan sonra Türkiyəyə qaçmaq istəyib. Lakin polisin keçirdiyi əməliyyatla saxlanılıb. Ona ittiham ediləndən sonra barəsində məhkəmə barəsində həbs qərarı verib. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->