Xəbər lenti

153 sərnişinin olduğu təyyarənin pilotları havada yarım saat yatdı
Dünya 23:51 11.03.2024

153 sərnişinin olduğu təyyarənin pilotları havada yarım saat yatdı

İndoneziyada 153 sərnişin təyyarədə olarkən iki pilot yarım saat səmada yuxuya gedib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail" yazıb

Məlumata görə, insident "Batik Air" təyyarəsinin göyərtəsində baş verib. Hava gəmisi lazımi uçuş səviyyəsinə çatdıqda və avtopilotda uçarkən kapitan uçuşdan əvvəl kifayət qədər yuxu almadığı üçün ikinci pilotdan qısa bir müddət yatmaq üçün icazə istəyib. İkinci pilot buna etiraz etməyib.

Lakin bir neçə dəqiqə sonra ikinci pilot da yuxuya gedib. Dispetçerlər təyyarənin marşrutdan kənarda olduğunu görüblər və ekipajla əlaqə saxlamağa çalışıblar, lakin heç bir cavab almayıblar. Xoşbəxtlikdən kapitan yarım saat sonra həmkarını yuxudan oyandırıb.

Təyyarə eniş etdikdən sonra İndoneziya Nəqliyyat Nazirliyi daxili yoxlamaya başlayıb. Onun nəticələrinə əsasən, aviaşirkət ciddi töhmət alıb, yuxuya gedən pilotlar isə uçuşlardan kənarlaşdırılıb.

İnsident bir sıra naviqasiya xətaları ilə nəticələnib, lakin "Airbus A320"nin 153 sərnişini və 4 stüardessa 2 saat 35 dəqiqəlik uçuş zamanı xəsarət almayıb.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->