Uelsdə açıqca göndərildikdən 121 il sonra ünvana çatdırılıb.
Qaynarinfo bu barədə Upi.com-a istinadən xəbər verir.
Məlumata görə, Suonsidəki bir bank içərisində açıqca olan məktub alıb. Şirkətdə belə bir işçi işləməsə də, Lidiya Devis adlı qadına ünvanlanıb. Məlum olub ki, mesaj 121 il əvvəl, ofisin yerində hələ də yaşayış yerləri olan zaman göndərilib.
Kartpostaldakı yazıların çoxunu artıq oxumaq olmur - mürəkkəb 121 il ərzində köhnəlib. Poçt rəsmiləri hadisədən təəccübləndiklərini və indi bunun necə mümkün olduğunu anlamağa çalışdıqlarını bildiriblər.
"Bu açıqca yəqin ki, bir əsr əvvəl poçtda itib və indi sistemimizə qaytarılıb. Bu baş verdikdə bizdən yenidən ünvana çatdırılma tələb olunur", deyə məlumatda bildirilir.
Aydın
Şərhlər