“Galatasaray”ın keçmiş futbolçusu Qətərdə oynayacaq

“Galatasaray”ın sabiq futbolçusu karyerasını Qətərdə davam etdirəcək.

Derbi.Az xəbər verir ki, holland yarımmüdafiəçi “Al Ghrafa” ilə 1.5 illik müqaviləni razılaşdırıb. 33 yaşlı havbek həftəsonu rəsmi müqaviləyə imza atacaq. Sneyder “Nice” klubunun şərəfini qoruyur.

Fransaya 5 ay öncə gələn futbolçu mövsümün ilk yarısında cəmi 5 rəsmi oyun keçirib.

Derbi.Az

0 comments

By