Emre Can “Liverpool”dan getmək qərarına gəlib

“Liverpool”un yarımmüdafiəçisi Emre Can “Juventus”a keçmək istəyir.

Goal.az xəbər verir ki, 23 yaşlı futbolçu Turin klubu ilə şəxsi müqaviləsini razılaşdırıb. “Qoca senyora” yayda onu azad agent kimi transfer etmək qərarına gəlib.

“Liverpool” isə Emreni komandada qalmağa inandırmağa çalışır. “Juventus” Cana 5 illik müqavilə, həftəyə 85 min avro təklif edib. Müqavilədə bonuslar da nəzərdə tutulub.

You may also like

0 comments

By