Kapello: “İbrahimoviç qapıya dəqiq zərbə vura bilmirdi”

Tanınmış futbol məşqçisi Fabio Kapello “Sky İtalia” kanalına maraqlı açıqlamalar verib.

İtalyan mütəxəsis Zlatan İbrahimoviç və Ronaldo haqqnda fikirlərini bölüşüb. Goal.az xəbər verir ki, Kapello 2004-cü ildə İbrahimoviç “Juventus”a transfer olunduğu çatışmazlığından danışıb.

“İbrahimoviç “Juventus”a gələndə qapıya dəqiq zərbə vurmaqda zəif idi. Mino Rayola mənə dedi: “Zlatan, həqiqətən, güclüdür. Onun zərbələri qapıçıların əlini sındırır”. “Qulaq as, İbrahimoviç təkcə məşq zalının pəncərəsini sındırıb” – ona cavab verdim. Zlatan bundan sonra zərbələr üzəridə işləməyə başladı. Hamının bildiyi kimi, bu baxımdan çox irəlilədi.

İşlədiyim ən yaxşı futbolçu braziliyalı Ronaldo olub. Təəssüf ki, onunla karyerasının son illərində, çəkisi 96 kq olanda çalışmışam. Bir dəfə ondan 2002-ci il dünya çempionatında hansı çəkidə olduğunu soruşdum. 84 kq olduğunu dedi. “Ən azından 88 kq-a kimi çəki at” -dedim. İstənilən halda, Ronaldo böyük futbolçu idi.

0 comments

By