Millimizin oyunlarının vaxtı açıqlandı

17 yaşadək qızlar arasında Avropa çempionatının elit-raundunun təqvimi müəyyənləşib.

Derbi.az xəbər verir ki, 7-ci qrupda mübarizə aparacaq Azərbaycan yığmasının oyunlarının vaxtı bəlli olub. Komandamız ilk oyununu 2018-ci il martın 22-i Almaniyaya qarşı keçirəcək. Millimiz martın 25-i İrlandiya, martın 28-i İslandiya ilə üz-üzə gələcək.

Qeyd edək ki, 7-ci qrupun görüşləri Almaniyada oynanılacaq.

Derbi.az

You may also like

0 comments

By