Ronaldo növbəti xeyriyyə layihəsini maliyyələşdirir

“Real Madrid”in hücumçusu Kriştianu Ronaldo xeyriyyə məqsədli növbəti layihəyə maddi yardım ayırmaq niyyətindədir.

Derbi.az xəbər verir ki, ulduz futbolçu Çilinin paytaxtı Santyaqoda pediatrik xəstəxananın inşasını maliyyələşdirəcək. Bu işdə Ronaldonun ortağı italyan biznesmen Alessandro Proto olacaq. Xəstəxananın 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılır.

Santyaqo Ronaldo və Proto arasında ortaq layihənin reallaşacağı Cənubi Amerikanın ilk paytaxt şəhəri olacaq. “Forbes” tərəfindən ardıcıl 2-ci il dünyanın ən ödənişli futbolçusu göstərilən Ronaldo 3 əsas xeyriyyə təşkilatının: “Save the Children”, UNİCEF və “World Vision”un səfiridir.

2017-ci ilin əvvəlində portuqaliyalı futbolçu Ümundünya Qaçqınlar günü münasibətilə videomüraciət etmişdi. Ronaldo müntəzəm olaraq təbii fəlakətdən zərər çəkənlərə yardım edir və qanvermə aksiyalarına da qoşulur.

Derbi.az

You may also like

0 comments

By