Ronaldo maaşının artırılmasını istəyir

“Real”ın futbolçusu Kriştiano Ronaldo klubun prezidenti Florentino Pereslə görüşəcək.
Goal.az “Marca”ya istinadən xəbər verir ki, portuqaliyalı superulduz maaşının artırılmasını istəyir.
 “Barcelona”nın üzvü Lionel Messi və PSG-nin hücumçusu Neymar da daxil olmaqla, dünyanın bütün futbolçularından çox məvacib almaq niyyətindədir. Ulduz futbolçu 5-ci dəfə “Qızıl top” mükafatını aldıqdan sonra daha artıq məvacibə layiq olduğunu düşünür.
Qeyd edək ki, 32 yaşlı futbolçunun “Real”la hazırkı sözləşməsinin müddəti 2021-ci ilin yayına kimi nəzərdə tutulub.

You may also like

0 comments

By