“Çempion məlum olsaydı, Braziliya və ya Los-Ancelesə dincəlməyə gedərdim”

İngiltərə Premyer Liqasının 17-ci turunda “Bournemouth”a Lukakunun yeganə qolu ilə qalib gələn “Manchester United” 2-ci pillədə möhkəmlənib. Matçdan sonra komandanın baş məşqçisi Joze Mourinyo oyunla bağlı fikirlərini bölüşüb.

“Oyun çətin keçdi. 3 xal qazandığmıza görə razıyam. Rəqibin bizə nisbətən 1 gün daha çox istirahət etmək vaxtı vardı. Onlar fiziki və psixoloji baxımdan gümrah idi. Biz ötən tur ağır derbi oynamışdıq. Qollar vurmaq üçün imkanlar ələ düşdü. Marsialın fərqlənmək imkanı oldu, Reşford da qol vura bilərdi. Son 15 dəqiqədə “Bournemouth” bizi sıxdı. Derbidən sonra yorğunluq hiss olunurdu. Vacib oyunda uduzduq. Bu nəticə futbolçuların qüvvəsini tez bərpa etməsinə mane olur. “Bournemouth” yaxşı komandadır. İkinci qolu vursaydıq, matçın sonluğu daha sakit keçərdi.

Çempionluq yarışı? Artıq demişəm ki, oyundan oyuna getmək lazımdır. Hər qarşılaşmada qələbə qazanmalıyıq. Növbəti turda “West Bromwich Albion”la çətin oyunumuz olacaq. Çempion mayda müəyyənləşəcək. Hər şey indidən məlum olsaydı, Braziliya və ya Los-Ancelesə dincəlməyə gedərdim”.

Qeyd edək ki, portuqaliyalı mütəxəsis Mançester derbisindən (1:2) sonra Premyer Liqada çempionluğun taleyinə böyük ölçüdə aydınlıq gəldiyini demişdi.

Goal.az

You may also like

0 comments

By