“Fənərbağça” yataraq pul qazanan Van Persini pulsuz satır

Türkiyənin “Fənərbağça” klubunun hücumçusu Robin Van Persi karyerasını ABŞ-da davam etdirəcək.

Derbi.az xəbər verir ki, 34 yaşlı forvardın xidmətində MLS təmsilçisi “Los Angeles Galaxy” maraqlıdır. ABŞ klubu mövsümün sonunda “Fənərbağça” ilə müqavilə müddəti bitəcək hollandiyalı futbolçu üçün İstanbul təmsilçisinə rəsmi müraciət edib.

“Fənərbağça”nın cari mövsümdə az şans qazanan, oynamadan pul qazanan Ven Persini göndərməyin əleyhinə olmadığı, hətta bu transfer üçün əlindən gələni edəcəyi deyilir. Belə ki, klub illik maaşı 4,9 milyon avro, oyun başına qonorarı isə 20 min avro olan Van Persini göndərməklə əlavə xərclərdən azad olmaq istəyir.

Buna görə, türklərin Van Persinin qışda Los Ancelesə yollanmasına mane olmayacağı və pul istəməyəcəyi qeyd edilib. Belə olacağı halda, futbolçunun mövsümün ikinci yarısındakı maaşını məhz “Galaxy” ödəyəcək.

Derbi.az

You may also like

0 comments

By