“Barcelona”nı məğlub edən tapılmır

İspaniya La Liqasının 15-ci turunda “Villarreal”ın qonağı olan “Barcelona” 2:0 hesablı qələbə qazanıb.

Derbi.az Goal.az-a istinadən xəbər verir ki, katalon klubu Primerada məğlubiyyətsiz oyunların sayını 21-ə yüksəldib. Bunların 18-də qalib gələn “Barcelona”, 3 dəfə heç-heçə edib. Analoji nəticə La Liqanın tarixində ən uzun məğlubiyyətsizlik seriyasıdır. Komanda sonuncu dəfə 2016/17 mövsümünün 31-ci turunda “Malaga”ya uduzub – 0:2.

“Villarreal” isə artıq 17 oyundur ki, katalonları məğlub edə bilmir (12 məğlubiyyət, 5 heç-heçə). “Sarı sualtı qayıq” yüksək dəstədə heç bir rəqiblə şəxsi oyunlarda bu qədər qələbəyə həsrət qalmayıb.

Derbi.az

You may also like

0 comments

By