Türk futbolçu “Juventus”la razılaşdı

“Liverpool”un yarımmüdafiəçisi Əmrə Can İtaliyaya köçməyə hazırlaşır.

Britaniya mətbuatı Almaniya millisinin üzvünün “Juventus”la danışıqları müsbət nəticələndiyini yazıb.

Belə ki, “qoca sinyora”nın 5 illik müqavilə təklifini qəbul edən Türkiyə əsilli oyunçu mövsümün sonunda “Liverpool”u pulsuz tərk edə bilər. Çünki 23 yaşlı orta sahə oyunçusunun müqavilə müddəti yaya qədərdi. Tərəflər arasındakı razılığa görə, Əmrənin “Juve”də illik maaşı 4 milyon avro təşkil edəcək.

Qeyd edək ki, Əmrə Can “İnter”, “Manchester City” və Dortmund “Borussia”sının da maraq dairəsindədir.

Goal.az

You may also like

0 comments

By