Sneyder ABŞ-a gedir

Hollandiya millisinin və Fransanın “Nice” klubunun futbolçusu Uesli Sneyder karyerasını ABŞ-da davam etdirəcək.

Goal.az goal.com-a istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi “Los Angeles Galaxy” ilə razılıq əldə edib. Transferin qış fasiləsində gerçəkləşəcəyi bildirilir.

Qeyd edək ki, Sneyder karyerası ərzində Hollandiyanın “Ajax”, İspaniyanın “Real Madrid”, İtaliyanın “İnter” və Türkiyənin “Galatasaray” komandalarının formasını geyinib.

You may also like

0 comments

By