“Atletico Madrid” milyonlardan məhrum oldu

Çempionlar Liqasında mübarizədən kənarda qalmaq “Atletico Madrid”in gəlirinə də təsir göstərəcək.

Derbi.az xəbər verir ki, Madrid klubu bu mövsüm turnirdə cəmi 16.2 milyon avro qazanıb. Bunun 12.7 milyon avrosu iştiraka, qalanı isə qazanılan xallara görədir. “Atletico” ötən mövsüm Çempionlar Liqasında çıxışına görə büdcəsini 60 milyon avro zənginləşdirmişdi. Klub Avropa Liqasında uğurla çıxış edəcəyi halda belə 30 milyon avro itirəcək.

Qeyd edək ki, “Atletico” ÇL qrup mərhələsində “Qarabağ”la eyni qrupda yer alırdı. Madridlilərin komandamızla oyunlarda qalib gələ bilməməsi qrupda qalmasına təsir göstərmişdi.

You may also like

0 comments

By