Azarkeş yan xətt hakiminin funksiyasını yerinə yetirdi

Belçika Kubokunun 1/8 final mərhələsində keçirilən “Mechelen” – “Genk (1:1) oyununda maraqlı hadisə yaşanıb.

Goal.az xəbər verir ki, azarkeşlərdən biri yan xətt hakiminin funksiyasını yerinə yetirib. Hakimlər Kristof Didrik və Nikola Laforjun zədələnməsi nəticəsində yan xətt hakimlərindən birinin yeri boş qalıb. Matçın referisi komandaların kapitanlarını yanına çağıraraq bu vəziyyətdə oyunu davam etdirib-etdirmək barədə soruşub. Hər ikisi etiraz edincə stadiondan anons edilərək kimin hakimlik işini bacardığı sualı verilib.

“Mechelen” azarkeşi Luk Bosmans irəli çıxaraq matçn sonuna kimi yan xətt hakimi işini görüb. Oyundan sonra “Genk”in baş məşqçisi Albert Styuvenberq Bosmansın rəqib komandanın azarkeşi olmasına rəğmən, ədalətli idarəçilik etdiyini bildirib. 45 yaşlı fanat isə: “Ən yaxşı yerdən oyunu izlədim” – deyib. O, matçın sonlarında meydanda yaranan mübahisə zamanı da aranı sakitləşdirib.

You may also like

0 comments

By