Volkan Demirelə xəsarət yetirən “Galatasaray” azarkeşinə hökm oxundu

“Fenerbahçe”nin qapıçısı Volkan Demirelə mobil telefon atan “Galatasaray” azarkeşinə məhkəmə tərəfindən hökm oxunub.

Goal.az xəbər verir ki, Aliasker Vuran adlı şəxsin “idman meydanlarına qadağan olunmuş maddə keçirmək” və “qəsdən xəsarət yetirmə” maddələri ilə təqsiri sübuta yetirilib. Ona 5 ay 25 gün həbs cəzası verilib.

Vuran 1 il müddətinə stadiona giriş qadağası ilə də üzləşib. Qeyd edək ki, dövlət ittihamçısı ona 9 aydan 2.5 ilə qədər həbs cəzası istəmişdi. Təqsirləndirilən şəxs telefonu atarkən “Fenerbahçe”nin qolkiperini xüsusi hədəf kimi seçmədiyini bildirmiş və əməlindən peşmançılığını dilə gətirmişdi. Volkan Demirel də belə hadisələrin futbolda yaşandığını qeyd edərək gənc azarkeşdən şikayətçi olmadığını bildirmuşdi.

You may also like

0 comments

By