Keçmiş sevgilisi Hakan Çalhanoğlunu şantaj edir

Türkiyə millisinin futbolçusu Hakan Çalhanoğlu bir müddət münasibətdə olduğu Anita Latifinin şantajı ilə bağlı Düsseldorf məhkəməsinə çağrılıb.

Goal.az xəbər verir ki, Latifi futbolçudan 250 min avro istəyir. Çalhanoğlu ifadəsində bir musiqi müsabiqəsində məşhurlaşan xanımla 2013-cü ildə, “Hamburg”da çıxış etdiyi zaman tanış olduğunu bildirib. Onun sözlərinə görə bi müddət görüşəndən sonra ayrılmaq qərarına gəliblər. Bu yaxınlarda isə Latifinin meneceri ona zəng edərək təhdid edib. O, bu münasibətdən qadının hamilə qaldığını və uşağı məhv etdiyini qeyd edib. Məhkəmə dekabrın 20-də davam edəcək.

You may also like

0 comments

By