“Qızıl buts” mükafatının sahibi bəllidir – FOTO

“Qızıl buts” mükafatının sahibinin adına aydınlıq gəlib.

Derbi.az xəbər verir ki, mükafatın sahibi “Barcelona”nın hücumçusu Lionel Messi olub. Ona mükafatı komanda yoldaşı, ötən ilin ən sərrast futbolçusu seçilən Luis Suarez təqdim edib.

Argentinalı ulduz 2016/2017-ci illər mövsümündə rəqib qapılarından 37 top keçirməklə Avropanın ən sərrast futbolçusu olub.

Xatırladaq ki, bu Messinin dördüncü “qızıl buts”udur.

Derbi.az

0 comments

By