Bu dəfə Ronaldonun büstünü özünə oxşada bildilər

Sevilya şəhərindən olan Xose Antonio Navarro Arteaqa adlı həykəltaraş Ronaldonun büstünü hazırlayıb.

Goal.az xəbər verir ki, 32 yaşlı futbolçunun büstü “Real Madrid”in muzeyində yerləşdiriləcək. Ronaldonun daha öncə hazırlanan 2 büstündən fərqli olaraq Arteaqanın əl işi azarkeşlərin təqdirini qazanıb.

Картинки по запросу RONALDO

2014-cü ildə braziliyalı heykəltaraş Rikardo Veloza Ronaldonun bürünc heykəlini hazırlamışdı. Həmin büst portuqaliyalı ulduzun doğma şəhəri Funşalda qoyulmuşdu.

Ronaldonun adı şəhərdəki hava limanına verildiyi vaxt düzəldilən büstü isə ona bənzərlikdən uzaq olması ilə seçilirdi. Bu əsəri hazırlayan Emanuel Santos futbolçunun şəkli əsasında işlədiyini qeyd etmişdi.

Santos özünə: “Yer üzündə hər kəsi razı salmaq mümkün deyil. Hz. İsa belə bunu bacarmadı. Sənət əsərini bəyənmək zövq məsələsidir” – deməklə bəraət qazandırmışdı. Heykəltaraşın 2017-ci il mayın 31-də Qaret Beylə hazırladığı büst də məsxərə mövzusu olmuşdu.

Cristiano Ronaldo's new bust

You may also like

0 comments

By